AFFA ondan əl çəkmir
30.12.2022 - 16:57

Rusiyanın “Arsenal” klubunun futbolçusu Kamran Əliyev Azərbaycan millisinə cəlb oluna bilər.
Apasport.az saytının məlumatına görə, AFFA uzun müddətdir 24 yaşlı hücumçu ilə danışıqlar aparır.
Assosiasiya rəsmiləri 2023-cü ildə də futbolçu ilə görüşəcək. Qurumun nümayəndələri qış hazırlığı üçün komandası ilə Türkiyəyə yollanacaq Kamranla qardaş ölkədə danışıqlar aparacaq. AFFA Kamranı milli komandamızda oynamağa razı salmağa çalışacaq.
Qeyd edək ki, “Ximki”nin yetirməsi olan forvard “OİK-Xabarovks”da da oynayıb. O, Azərbaycanın və Rusiyanın U-20 yığmalarında çıxış edib.
- AFFA-da UEFA-nın C kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir
- Azərbaycan çempionatının IX turunda 34 qol vurulub
- "Real Madrid" Mbappe və Haalandın əvəzinə "Mançester Yunayted"in forvardını ala bilər
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi bilindi
- "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
0
0