AFFA rəsmiləri UEFA-nın tədbirində
23.04.2025 - 17:30
AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.
Apasport.az xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə bir sıra mövzular müzakirə edilib.
Əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi; gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər; ilkin yaradılma məqsədi; əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri; oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarət olub.
Qeyd edək ki, “UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.
- Hemilton mövsümün sonunu gözləyir
- Belajdi Pusi: "Gələcəyim üçün klub qərar verəcək" - Müsahibə
- Samir Abasov: “Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir”
- Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub
- “Neftçi”nin sabiq braziliyalısı: “Onun arxasında təkcə pul dayanmır” - MÜSAHİBƏ
0
0