AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.
Apasport.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:
- Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;
- Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;
- Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;
- UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.
- Qurban Qurbanov: "Futbolçularım oyuna hazırdır"
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- Tahir Gözəl: “Bu, böyük nailiyyətdir” - MÜSAHİBƏ
- Boksçumuz erməni rəqibinə qalib gəldi, Paris-2024-ə lisenziya qazandı - FOTOLENT
- Naxçıvanda UEFA C kursu keçirilir