"Neftçi"nin futbolçusu Vensan Abubakar karyerasını Braziliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, kamerunlu hücumçuya Braziliyanın məşhur klublarından olan "Vasko de Qama" maraq göstərir. Braziliya mətbuatının yaydığı məlumata görə, təcrübəli forvard artıq klub rəhbərliyinə təklif olunub.
Abubakarın bu keçidə müsbət yanaşdığı bildirilir.
İddialara görə, transfer baş tutacağı halda bu, “Neftçi” üçün mövsümün ən gözlənilməz ayrılıqlarından biri ola bilər. Hücum xəttində əsas fiqurlardan sayılan Abubakarın gedişi “ağ-qaralar”ın planlarını alt-üst edə bilər.
Qeyd edək ki, Vensan Abubakar cari mövsümdə “Neftçi” forması ilə Premyer Liqada 8 oyunda 3 qol vurub. O, ötən ilin oktyabr ayından Bakı klubunun şərəfini qoruyur.
- 67 illik tarix - "Sevilya"nın stadionu sökülür...
- Püşk atıldı: "Neftçi" Lənkəran klubu ilə finalda qarşılaşa bilər
- Lineker: "Mbappe finalda xüsusi bir şey etməsə, Messi "Qızıl top"u qazanacaq"
- AVRO 2024-ün ən dəyərli komandası bəlli oldu - Siyahı
- Taekvondoçumuz dünya çempionatının 1/16 finalında uduzdu - YENİLƏNİB