Aleksey İsayevdən ikiqat yubiley: 200 və 15
18.05.2026 - 11:55
Aleksey İsayev Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.
O, “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb.
Debütü 2018/19 mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.
O, Premyer Liqada 3 klubun formasını geyinib. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.
- “Hamburq”un sabiq hücumçusu “Kəpəz”ə keçidə razılıq verdi
- Yunanıstan Superkubokunun qalibi bəlli olub
- Krakov-2023: Əzizova 1/8, Qafarov 1/4 finalda uduzdu - YENİLƏNİB
- Mahir Şükürov: “Komandada olan yenilərin çoxu "Neftçi”yə layiq deyil” - MÜSAHİBƏ
- AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
0
0