Misli Premyer Liqasında XIX turun “Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin kapitanı Qismət Alıyev 200-cü, qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə 250-ci oyununa çıxıb.
Premyer Liqada 2014/15 mövsümündə debüt edən Qismət ümumilikdə 11 qola imza atıb. İki klubda oynayan 28 yaşlı müdafiəçi “Qəbələ”də 70 matçda 1, “Zirə”də 130 görüşdə 10 dəfə fərqlənib.
Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/12 mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib. O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib.
- Azərbaycan 2023-cü ildə cüdoda ilk qızıl medalını qazandı - FOTOLENT
- Qonçarenko “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəlir
- Avropa Liqası: "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" bir-birinə rəqib olacaq?
- "Qarabağ" son dəqiqələrdə buraxdığı qolla məğlub oldu - YENİLƏNİB
- Riberinin yeni iş yeri MÜƏYYƏNLƏŞDİ