“Zədəmin nə dərəcədə ciddi olduğunu və bərpa müddətini hələ tam bilmirəm”.
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.
Avropa Liqasının “Bayer”lə Bakıdakı oyununda zədələndiyi üçün əvəzlənən qolkiper Rusiya mətbuatına açıqlama verib. Onun ən azı 10 gün sıradan çıxdığı bildirilsə də, qolkiper hələ tam məlumatlı olmadığını etiraf edib: “İlk dəfə deyil ki, Rusiya millisinə çağırılandan sonra zədələnirəm. Əlbəttə ki, bu, xoş deyil. Ümid edirəm ki ciddi bir şey olmaz. Mən də növbəti oyunlara bərpa ola bilərəm. Əlbəttə ki, yığmada da oynayacağıma ümid edirəm”.
Qeyd edək ki, Lunyov əvəzləndikdən sonra qol buraxan “Qarabağ” 0:1 hesabı ilə uduzub.
- Qyökereş Ronaldoyla komanda yoldaşı ola bilər
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
- “Zirə” - “Araz-Naxçıvan” matçının vaxtı dəyişdirilib
- İlham Zəkiyevə qalib gələn cüdoçu Braziliyada ilin idmançısı seçildi - FOTO
- "Barselona"da ciddi itki: YAMAL ÜÇ MATÇI BURAXA BİLƏR