“Vacib oyunöncəsi hamı düşərgədədir və matça hazırdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
Fransalı mütəxəssis sabah baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb: “Qarabağ”la sabahkı oyun bizim üçün finaldır. İkinci yerə ümid etmək baxımından son şansımız olacaq. İkinci yeri tutmağa can atırıqsa, mütləq “Qarabağ”a qalib gəlməliyik. Bu matçda müdafiədə diqqətli olmaq əsas amil olacaq. Dörd və ya beş müdafiəçi ilə oynamağından asılı olmayaraq, qol buraxmaq istəmirsənsə, qol vurmalısan. “Nitsa” ilə son matçdakı keyfiyyəti yüksək qiymətləndirəm. Bu hələ başlanğıcdır. Eyni keyfiyyəti qarşıdakı görüşlərdə də ortaya qoymalıyıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçiriləcək
- Şahin Diniyev: "Layiqli futbol oynaya bilmədik"
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- "Bavariya" yanvarda oyunçusunu satacaq
- Günün oyunları bu kanallarda