"Araz-Naxçıvan" 1 gündə 3-cü transferini reallaşdırdı
29.05.2024 - 20:05

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.
Bölgə təmsilçisi Ömər Buludovla anlaşıb. “Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
- Azərbaycan çempionatı: "Zirə" 9 tur sonra məğlub olub
- "Ayaks" ənənəni pozdu - BAKIYA BU GÜN GƏLİR
- Miro Varvodiç: “Mahir Emreli haqda ilk günkü fikrim hələ də dəyişməyib"
- “Zirə”dən tarixi rekord - ardıcıl 2 mükafat qazandı
0
0