“Araz Naxçıvan” legionerlərdən daha birini komandadan göndərməyi planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi Semir Bukviçdən sonra Elvis Maşikeden də narazıdır.
Forvard gözləntiləri qarşılaya bilmədiyi üçün klub onunla yolları ayırmaq istəyir. Maşikenin əvəzinə isə başqa legionerin cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, Maşikenin “Araz-Naxçıvan”la müqaviləsi mövsümün sonunda başa çatacaq. 29 yaşlı forvard Azərbaycana gələnə qədər “Hamrun Spartans”, “Jilina”, “Seniça”, “Slovan”(Liberets), “Viktoriya Jijkov”, “Sered”, “Zlata Moravçe” kimi komandalarda oynayıb.
- Lunin gələcəyi ilə bağlı qərar verib
- "Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq
- "Fənərbaxça" - "Nottingem" matçı bu kanalda - TV Afişa
- Paris-2024: Bağlanış mərasimində bayrağımızı daşıyacaq idmançılar bəlli olub
- Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayır