"Araz-Naxçıvan" tarixdə ilk dəfə Azərbaycan çempionatında turu birinci pillədə başa vurub.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turunda gerçəkləşib.
Naxçıvan təmsilçisi “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan klubu turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.
- Alman futbolçular həyat yoldaşları ilə görüşə bilmir - Səbəb
- "Səbail"in kapitanı: "Avrokuboklara düşməmək bizim üçün uğursuzluq deyil" - Müsahibə
- İnfantino Trampa DÇ-2026 biletləri hədiyyə edib
- Azərbaycan çempionatında III turun cədvəli açıqlandı
- Həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib