"Araz-Naxçıvan"da yeni müqavilə
18.06.2026 - 14:14
"Araz-Naxçıvan" futbolçusu İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Piriyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu "Zirə" ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debüt edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
0
0