"Araz-Naxçıvan"dan yubiley qolu
19.04.2025 - 11:19
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
“Turan Tovuz”la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
“Araz-Naxçıvan” “100”ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- “Kəpəz”lə oyunda ciddi zədə alan futbolçunun son durumu bəlli olub
- “Araz-Naxçıvan”ın qapıçısı Azərbaycan çempionatları tarixinə düşüb
- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat
- Mahirə 43 dəqiqə bəs etdi: YENİ KOMANDASINDA VOLEYBOL HESABI
0
0