"Araz-Naxçıvan"ın futbolçusu "Sabah"a keçə bilər
26.02.2024 - 21:20
"Araz-Naxçıvan"ın futbolçusu Abdulla Rzayev yeni sezona "Sabah"da başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, U-21 yığmamızın üzvünün çıxışı müqavilə ilə məxsus olduğu klubun diqqətini çəkib.
Buna görə də, Masazır klubu yeni sezondan onun xidmətindən yararlanmağa çalışacaq. O, mövsümün əvvəlində "Araz-Naçıvan"a icarəyə verilib. "Sabah" ona yeni müqavilə təklif etməyi planlaşdırır.
Həmçinin "Neftçi" də Rzayevin xidmətində maraqlıdır.
Qeyd edək ki, futbolçu zədə səbəbindən bir neçə turdur ki, meydana çıxmır və hazırda zədəsini sağaltmaqla məşğuldur.
- Uruqvaylı futbolçular azarkeşləri döyüb - VİDEO
- “Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunun qalibi olub
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
- Ayxan Abbasovun yeni ünvanı bəlli oldu - Rəsmi
0
0