“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.
İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.
Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən Ceyhun Sultanov Azərbaycan milli komandasının da formasını geyinib, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- “Atletiko”dan “Barselona” və Alvarezə cavab: "Satmırıq!"
- Azərbaycan cüdoçuları Qvadalaxara Qran-Prisində mübarizə aparacaq
- Kizdən sensasiya, Sobolenko finalda məğlub oldu
- Lebonun ardından o da "Araz-Naxçıvan"a gəlmədi - Yüksək maaş problemi