“Araz” Şamaxı səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
18.03.2026 - 16:55
“Araz” Şamaxı səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gəlib. Oyuna saat 15:00-da start verilib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Misli Premyer Liqası

III dövrə, XXV tur

15:00. "Şamaxı" - "Araz-Naxçıvan" 0:1

Qol: Vladislav Veremeyev, 56 (avtoqol)

 Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Şamaxı. Şəhər stadionu