“Aris” Bakıya yollandı
26.07.2022 - 13:05

Kiprin “Aris” klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu üçün yola düşüb.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Limassol təmsilçisi bu gün ölkəni tərk edib.
Komandanı Bakıya gətirən təyyarə Larnakadan havaya qalxıb. Sabah paytaxtımızda son məşqini keçəcək “Aris” bununla da qarşılaşmaya hazırlığı yekunlaşdıracaq.
Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” görüşü saat 21:00-da başlayacaq. Bu komandaya arasındakı ilk matçda kiprlilər 2:0 hesablı qələbə qazanıb.
- PSJ yarımmüdafiəçisi ilə yeni müqaviləyə razılaşıb
- Olimpiya çempionu Hidayət Heydərov "Neftçi"nin qonağı olub
- Cüdoçumuz dünya sıralamasında yerini qoruyub
- U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
0
0