Asim Xudiyev Konfrans Liqası matçına təyinat alıb
06.08.2024 - 11:24

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.
Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.
- DÇ-2026: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
- Sabiq “Neftçi”lidən Azərbaycanda məhkəməyə verilməsinə münasibət: "Kimisə öldürmüşəm?"
- “Çelsi”nin hücumçusuna Berlindən müştəri
- "Şaxtyor" rəsmisindən cavab: "Onu satmağa tələsmirik"
0
0