"Atletiko Madrid" azarkeşləri hazırda "Barselona"da icarə əsasında çıxış edən hücumçu Joao Feliksə qarşı kobud hərəkət ediblər.
Apasport.az xəbər verir ki, “Atletiko” azarkeşləri portuqaliyalı futbolçunun formasını yandıraraq stadionun yaxınlığındakı lövhəsinin üzərinə atıblar. Bundan əlavə, bir qrup azarkeş Feliksə qarşı təhqiramiz şüarlar səsləndirib.
Xatırladaq ki, ötən gecə baş tutan "Atletiko Madrid" - "Barselona" matçı madridlilərin 0:3 böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qollardan birini Feliks vurub.
Qeyd edək ki, portuqaliyalı hücumçu “Atletiko Madridə”ə qarşı oynadığı hər iki oyunda qol vuraraq Lionel Messinin rekordunu təkrarlayıb.
- “Turan Tovuz”a daha iki rəqib
- Bu gün futzal üzrə Azərbaycan Kubokuna yekun vurulacaq
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- D kateqoriyalı məşqçi kursları davam edir
- Azərbaycan Kuboku: "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finalda - YENİLƏNİB