Azərbaycan klubları avrokuboklarda 400-cü qolu vurub.
Apasport.az saytının məlumatına görə, yubiley “Qarabağ”ın “Ferensvaroş”la səfər matçına təsadüf edib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab matçında (3:1) təmsilçimizin vurduğu son top Azərbaycan futbolu tarixinə 400-cü kimi düşüb. Bu qola İbrahima Vadji imza atıb.
Təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi isə Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.
Qeyd edək ki, texniki nəticələr və nəticəsi ləğv olunan oyunlardakı qollar nəzərə alınmır.
Vüqar Xeyrullayev
- “Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”
- Son 10 ildə ilk dəfə: Startda 3 heç-heçə
- Qolsuz başladılar, tarix yazdılar - Ekvador 1/16-da!
- “Green Future Golf Cup” turnirinə yekun vurulub
- AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar