
2000-ci ildən sonra avrokuboklarda ən çox oyuna çıxan baş məşqçilər müəyyənləşib.
Apasport.az xəbər verir ki, ilk 10-luqda "Qarabağ"ı çalışdıran Qurban Qurbanovun da adı var.
52 yaşlı mütəxəssis Avropanın klub turnirlərində 165 matça baş məşqçi kimi çıxıb. Qurbanov bu oyunlarda 67 dəfə qələbəyə sevinib. Həmyerlimiz oyun sayına görə 8-cidir.
Siyahıya hazırda "Fənərbaxça"nın baş məşqçisi olan Joze Mourinyo başçılıq edir. 230 görüşdə iştirak edən portuqaliyalı çalışdırıcı 130 qalibiyyət əldə edib. Rumıniyalı məşqçi Mirça Luçesku 226 matçda 96 qələbə qazanıb və siyahıda ikincidir. 220 qarşılaşmada 129 qələbəyə sevinən Karlo Ançelotti isə 3-cü yerdədir.
- "Barselona"ya Çempionlar Liqası qadağası qoyula bilər
- “Araz-Naxçıvan”ın futbolçusu: "Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var"
- Sabiq “Barselona”lı karyerasını baş vurdu
- Bojoviç Azərbaycan çempionatlarında işləyən 62-ci əcnəbi baş məşqçidir
- 90-cı illərin ən yaxşı Premyer Liqa oyunçuları