Avropa çempionatı: Azərbaycan yığması son oyuna çıxacaq
14.10.2025 - 11:13
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
14 oktyabr
17:00 Azərbaycan (U-17) – Rumıniya (U-17)
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
- Avarçəkənimiz İtaliyada qızıl medal qazandı
- “Zirə”nin sabiq futbolçusu Region Liqasında
- Azərbaycan təmsilçisi Qazaxıstanda “gümüş” qazandı
- Slavko Georgiyevski: "Derbi barədə proqnoz vermək həmişə çətindir, amma..." - Müsahibə
0
0