Avropa çempionatı: Millidən qələbə
18.11.2025 - 16:14
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
- “Quba”nın matçının stadionu dəyişdirildi
- Belarus idman nazirinin müavini: "Gəncəyə gələndə nostalji hisslər keçirdim"
- Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu
- “Fənərbaxça” şikayət etmişdi: UEFA "Qalatasaray"ın oyununa göndərdi
0
0