Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.
Apasport.az xəbər verir ki, yubiley qolu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” matçına təsadüf edib.
Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.
Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.
Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.
- Çempionlar Liqası: "Birbaşa Bakı" 1/4 finalda!
- Ehtiram Quliyev: “Yüksək səviyyədə hazırlıq keçdik” - VİDEO
- Almaniya millisinin yeni formasında 44 nömrə qadağan edilib
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- “Qarabağ” uduzdu, Azərbaycan reytinqdə gerilədi