Ayxan Abbasov Antalyada Renat Dadaşovla görüşüb
13.01.2026 - 16:38
Ayxan Abbasov Antalyada Renat Dadaşovla görüşüb

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Görüş Türkiyənin Antalya şəhərində baş tutub.

Dadaşovun çıxış etdiyi Polşanın "Motor" klubu sözügedən ölkədə təlim-məşq toplanışındadır.

Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.