Azərbaycan – Avstriya oyununda yunan hakimlər
13.10.2023 - 12:35
Azərbaycan – Avstriya oyununun hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
AVRO-2024-ün seçmə mərhələsinin oktyabrın 16-da keçiriləcək matçını Yunanıstan təmsilçiləri idarə edəcək. Qarşılaşmanın baş hakimi Aristotelis Diamantopulos olacaq.
Ona həmyerliləri Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetrou yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- Lənkəran Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi edir
- Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal
- "Lex"in baş məşqçisi: "Qol bizə daha çox güvən verdi"
- “Real”ın arzuladığı müdafiəçi
0
0