Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində Avropa kubokunun finalına yüksəlib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin finala adlamasına rəqibinin döyüşdən imtina etməsi səbəb olub.
Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün üz-üzə gələcək.
Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.
- Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlandı
- Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
- “Milan”ın futbolçusu itkin düşdü
- Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurublar
- Qurban Qurbanov: "Real baxsaq, üstünlük "Braqa" tərəfdədir"