Azərbaycan çempionatında matçın stadionu hava şəraitinə görə dəyişdirilib
16.04.2025 - 12:57
Azərbaycan çempionatında matçın stadionu hava şəraitinə görə dəyişdirilib

Futbol üzrə Azərbaycan II Liqasında XXI turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşüb.

Buna görə matç bu gün saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.