Azərbaycan çempionatının daha bir matçı təxirə salındı
27.02.2025 - 11:15

Futbol üzrə Azərbaycan çempionatının I Liqasında daha bir matç təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu gün keçirilməli olan "Mingəçevir" - "Difai" oyunu baş tutmayacaq.
Bunu "nur şəhəri" təmsilçisinin mətbuat xidməti açıqlayıb. Səbəb qarlı hava şəraiti olub.
Görüşün yeni vaxtı və digər detallarla bağlı əlavə məlumatın verilməsi gözlənilir.
0
0