Futzal üzrə Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirdə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz Latviyada təşkil olunan ilkin mərhələnin II turunun matçına çıxıb.
Azərbaycan çempionu Almaniyanın “Yan Reqensburq” klubu ilə üz-üzə gəlib. Dünən baş tutan ilk turda Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yenə azarkeşlərini sevindirib.
Təmsilçimiz favoriti olduğu görüşdə yenə asan qələbə qazanıb. Artıq ilk hissədə üç cavabsız qol vuran “Araz-Naxçıvan” fasilədən sonra fərqi daha da artırıb.
Naxçıvanlılar yekunda 5:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada Lukas, Erik, Xəzər Ağalızadə, İsa Atayev və Xətai Bağırov qol sevinci yaşayıb.
Qeyd edək ki, qrupda son oyununu avqustun 26-da keçirəcək Azərbaycan çempionunun rəqibi Latviyanın “Riqa” klubu olacaq.
- “Qarabağ” Juninyonun yerinə hücumçu tapdı: O da Portuqaliyadan gəlir
- Aslan Kərimov: "Zirə" "DAK 1904"ün öhdəsindən gələ bilər" - Müsahibə
- “Atalanta”dan heç-heçə, “Bolonya” qələbə qazanıb
- "Mançester Yunayted" yeni sahibinə görə avrokuboklardan kənarda qala bilər
- Millilərimiz hazırlığı Bakıda davam etdirirlər