Azərbaycan güləşçisi Bolqarıstanda finala çıxdı
02.03.2023 - 23:54
Bolqarıstanın paytaxtı Sofiyada start götürən Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş turnirdə Azərbaycanın bir sərbəst güləşçisi finala çıxıb.
Apasport.az xəbər verir ki, bu, İntiqam Vəlizadədir (61 kq). O, finalda Rəcəp Topalla (Türkiyə) qarşılaşacaq.
92 kq-da çıxış edən İbrahim Yusubov isə bürünc medal görüşündə iştirak hüququ qazanıb. Onun rəqibi Andrian Qrosul (Moldova) olacaq.
Qeyd edək ki, Azərbaycan bu turnirdə 9 güləşçi (6 kişi və 3 qadın) ilə təmsil olunur. Yarışa martın 5-də yekun vurulacaq.
- Qətərin mundial üçün xərclədiyi məbləğ açıqlandı - 208 milyard
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- "Milan" Almaniya millisinin hücumçusu ilə müqavilə imzalayıb
0
0