Minifutbol üzrə EMF Çempionlar Liqası davam edir.
Apasport.az Azərbaycan Minifutbol Federasiyasına istinadən xəbər verir ki, ölkəmizi təmsilçisi “Beerbaşa” yarışdakı uğurlu seriyasını davam etdirir.
1/8 finalda Rumıniya çempionu “Old Boys”la qarşılaşma qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

Bununla da “Beerbaşa” adını qitənin ən güclü səkkiz klubu arasına yazdırıb. Komandamız bu gün axşam Bakı vaxtı ilə saat 23:00-da 1/4 final oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycan minifutbol tarixində ilk dəfə təmsilçimiz 1/4 finalda oynayacaq.
- İtaliya millisinin forvardı “Yunayted”in hədəfində
- Samir Abasov: "Futbolçularım əsəblərimlə oynadı"
- Şahin Diniyev: "Turan"dan belə oyun gözləmirdim"
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- "Qarabağ" - "Malmö" oyununun hakimləri açıqlanıb