Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcək.
Oyunda Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan) və Jiri Berqs (Belçika) iş başında olacaq. Hakim-inspektor vəzifəsini almaniyalı Stefan Veber yerinə yetirəcək. Görüşün "timekeeper"i Laurentiu İlie (San Marino) olacaq.
Qeyd edək ki, Azərbaycan – Kosovo matçı yanvarın 25-də Serravalledəki "Multievent Sport Domus"da saat 21:00-da start götürəcək.
- "Fənərbaxça" azarkeşlərinin ahı tutdu: Ozan Tufan zədələndi
- Cerrard sabiq “Liverpul”lunu Səudiyyə Ərəbistana aparır
- Premyer Liqa: “Aston Villa” “Tottenhem”i evə xalsız yola salır
- Konfrans Liqasında 2024/25 mövsümünə start verilib
- Erməni boksçunu məğlub edən avropa çempionumuz: “Başa düşürdüm ki, finalda qalib gəlməliyəm”