Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, mayın 31-də saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən əldə etmək mümkün olacaq.
Biletlər "iticket.az" saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərində satılır.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
- “Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ
- 94 ildə ilk dəfə - "Yunayted"ə qarşı rekord qırmayan qalmadı
- Millimiz Gürcüstanı məğlub etdi
- Zlatandan Messiyə dəstək: "Sanki çiyinlərində qum torbası daşıyırlar"
- FİF-in icraçı direktoru: "Zaqatala"nı dayanıqlı biznes strukturuna çevirmək istəyirik"