Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1993/1994 mövsümündə “Kəpəz”, 1994/1995 mövsümündə “Neftçi”, 2015/2016 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib.
“Zirə” finalda qalib gəlsə, bu üç komandanın bacardığını təkrarlayacaq. Rəşad Sadıqovun yetirmələri finala qədər keçirdiyi 5 matçda qalib gəliblər.
Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/2002), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/2020) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.
Qeyd edək ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" matçı saat 20:00-da başlayacaq.
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"
- Adı "Neftçi" ilə hallanan Terim Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər
- Osimhen "Qalatasaray"a 3 xal qazandırdı – video
- İngiltərə klubu sahibini dəyişdi
- Elmir Rəhimzadə: "1-2 komanda var ki, onlar bu mübarizədən kənarda qalacaq"