Bu gün futzal üzrə Azərbaycan kubokunun 2024-2025-ci il mövsümü çərçivəsində ilkin mərhələnin oyunları keçirilib.
Apasport.az xəbər verir ki, əvvəlcə meydana “Ulduz” və “Dəstə Ordubad” komandaları çıxıb.
Start fitindən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Oyunlara gəldikdə, qapıçısı qırmızı almağına rəğmən, “Dəstə Ordubad” qalib ayrılmaqla 1/8 finala vəqisə qazanıb. Digər dueldə isə bu sevinci “Çarşı Bakı” yaşayıb.
"Ulduz" – "Dəstə Ordubad" 3:6
"Çarşı Bakı" – "Delta" 8:1
- ABL: “Neftçi” “Sabah”la üz-üzə
- "Naxçıvan" daha bir oyunçunun keçidini həll edib
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Fyuri Usiklə döyüşdən çəkinir
- Alvaro Morata: "Səudiyyə Ərəbistanı klublarına getmək fikrində deyildim”