Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin daha bir köməkçisi özünə yeni iş yeri tapıb.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yığmamızda köməkçi-məşqçi funksiyasını yerinə yetirən Fabio Qallo ölkəsinə birdəfəlik qayıdıb.
52 yaşlı mütəxəssis İtaliya C seriyasında çıxış edən “Fodja”nın sükanı arxasına keçib. Rəhbərliklə aparılan danışıqlardan sonra Fabio Qallo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Canni de Byazi və köməkçilərinin AFFA ilə müqaviləsi oktyabrın 1-də başa çatıb. İtaliyalı çalışdırıcı ilə bağlı qərar bu gün keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq.
- "Hakken"in baş məşqçisi: "Əsl İsveç havasıdır - yağışlı, küləkli... "
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
- İngiltərə yığmasında Millətlər Liqası öncəsi 3 itki
- Adil Şükürov: “Birlikdə daha çox çalışmalıyıq”
- Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə