İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı apardığı istintaq çərçivəsində həbs qərarı verilən 14 futbolçudan birinin Azərbaycan millisinin sabiq üzvü olduğu müəyyənləşib.
Apasport.az xəbər verir ki, söhbət 26 yaşlı mərkəz müdafiəçisi İsmail Karakaşdan gedir. O, vaxtilə Azərbaycanın U-17 və U-19 yığmalarında çıxış edib.
Karakaş U-19 millisinin heyətində 3, U-17 millisində isə 11 oyunda forma geyinib. Müdafiəçi 2017-ci ildə Bakıda keçirilən U-17 Avropa çempionatında da iştirak edib. O, həmin turnirdə Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiya (0:1) ilə matçlarda Azərbaycan millisinin şərəfini qoruyub.
Hazırda İsmail Karakaş Türkiyənin “Erciyes 38” klubunun formasını geyinir.

- Rahid Əmirquliyev: “Bu dəfə də favoritim Braziliyadır”
- Messi qayıdır, Mbappe olmayacaq, Neymarın mübarizəsi sual altında
- Emin Mahmudov: "Avstriyanı yaxşı təhlil etmişik"
- Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir
- Avropa çempionatında gümüş medal qazanan şahmatçılar Vətənə qayıdıb