Azərbaycan millisinin üzvü əməliyyat olunub
26.10.2025 - 09:56
"Araz-Naxçıvan"ın üzvü, Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.
Apasport.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub.
Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.
Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
- Qvardiola karyerasını bitirəcəyi vaxtı müəyyənləşdirdi
- Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi proqrama start verilib - FOTO
- Almaniya millisinin sabiq üzvü Renat Dadaşovun komanda yoldaşı olub
- Rauf Əliyev: “Çətin də olsa, Avstriya və İsveçdən xal almaq mümkündür”
- U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb
0
0