Azərbaycan Olimpiadada bürünc medal qazandı
10.10.2022 - 16:47
Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.
Apasport.az saytının məlumatına görə, Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın birinci komandası yarışın sonuncu turunda Türkiyə-Anadolu kollektivini 2,5:1,5 hesabıyla məğlub edib. Bununla xalını 13-ə çatdıran təmsilçimiz Olimpiadanın bürünc mükafatına sahib çıxıb.
Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.
Bu gün Naxçıvan Olimpiadasının bağlanış mərasimi keçiriləcək.
- Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib
- Yüksək Liqada növbəti turların cədvəlləri açıqlandı
- Maksim Medvedev karyerasını başa vurdu
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- Saşa Boey “Qalatasaray”a qayıdır - İSTANBULA GƏLDİ - YENİLƏNİB
0
0