Azərbaycan Qran-prisində qəza
13.09.2024 - 13:32
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə "Formula 2" pilotu qəza törədib.
"Formula 2" komandalarının sərbəst yürüşü zamanı "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, yarışın ilk günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
- Portuqaliyadan Azərbaycana - “Karvan”dan növbəti transfer
- Yüksək Liqa: "Murov Az Terminal"dan inamlı qələbə
- “Araz-Naxçıvan”ın futbolçusu: “İnanıram ki, bacaracağıq” - MÜSAHİBƏ
- Azərbaycan və Özbəkistan Dünya Çempionatı üçün birgə namizədliklərini irəli sürüblər
- Meydana sonradan daxil olaraq qollar vurmasının sirri varmı? - Ülvi İsgəndərovla MÜSAHİBƏ
0
0