Azərbaycan – Slovakiya matçına litvalı hakim
07.06.2022 - 12:26
Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçı Litvadan olan ədalət təmsilçiləri idarə edəcək.
İyunun 10-da Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Baş hakimin köməkçiləri kimi Aleksandr Radius və Dovidas Suşiedelis təyinat alıb. Dördüncü hakim funksiyasını Robertas Valikonis yerinə yetirəcək.
Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
- "Roma" heyətini 18 yaşlı futbolçu ilə gücləndirib
- Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi - FOTO
- III MDB Oyunlarının medal sıralaması: Liderlər öz yerlərini möhkəmləndiriblər
- Uruqvaya bürünc medal qazandıran oyun - VİDEO
- Qurban Qurbanov: “Elə gün idi ki, həyatımı verməyə hazır idim”
0
0