İlk dəfə qadın futbolçulardan ibarət yığmalar arasında Millətlər Liqası keçiriləcək.
Apasport.az saytının məlumatına görə, UEFA 2023-cü ildə start götürəcək yarışın detallarını açıqlayıb.
Millətlər Liqası AVRO-2025 və DÇ-2027-yə, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqələr baxımından da önəm daşıyacaq. 51 iştirakçı komanda 3 liqada mübarizə aparacaq.
A və B liqalarında 16, C liqasında 19 komanda yer alıb. Azərbaycan yığması C liqasında çıxış edəcək.
Bütün liqalarda komandalar qruplara bölünəcək. A liqasında qrup qalibləri finala çıxacaq. Digər liqaların qrup birinciləri daha yüksək diviziona vəsiqə qazanacaq. A və B liqalarının uğursuzları isə aşağı yuvarlanacaq.
Qeyd edək ki, ilk turnir gələn ilin payızında başlayacaq.
- “Tottenhem” 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb
- "Qarabağ"ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət edib - FOTO
- Alberto Blanko: “Layiqli qələbə qazandığımıza görə çox sevinirəm”
- Ronaldo 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almadı
- Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verib