Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib
14.05.2026 - 19:32
Futzal üzrə Azərbaycan Yüksək Liqasında bürünc mükafatın sahibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, XX turda "Şuşa" kollektivini 8:5 hesabı ilə üstələyən "Baku Fire" kollektivi mövsümü üçüncü pillədə başa vurub.
U-19 isə meydana çıxmadan 3 xalı aktivinə yazdırıb.
Yüksək Liqada mövsümə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək son görüşdə lider "Neftçi" İK ən yaxın izləyicisi "Araz-Naxçıvan"la gücünü sınayacaq.
Qeyd edək ki, turnir cədvəlinə 52 xalla "Neftçi" İK başçılıq edir. 49 xalı olan "Araz-Naxçıvan" isə ikincidir.
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- Yığmamızdan ardıcıl 4-cü qələbə - YENİLƏNİB
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- A Seriyasında yenilik: Aşağı liqaya enənlərin maaşı azaldılacaq
- Millimizin Estoniya ilə bərabərliyi - GENİŞ İCMAL
0
0