Azərbaycanın daha iki cüdoçusu Qran-pridə mübarizəyə başlayır
09.03.2024 - 13:44
Bu gün Azərbaycanın daha iki cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, Aytac Qardaşxanlı (63 kq) və Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaqlar.
Ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir.
- Boksçumuz "Strandja" turnirində növbəti mərhələyə yüksəlib
- “Yuventus”un müdafiəçisi İngiltərə və Fransa klublarının diqqət mərkəzində
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
- Levandovski Avro-2024-ün ilk oyununu buraxacaq
- “Şahdağ Qusar”dan növbəti transfer - RƏSMİ
0
0