Azərbaycanlı hakim "Napoli" - "Ayntraxt" matçını idarə edəcək
31.10.2025 - 20:47
Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.
Qeyd edək ki, "Napoli" - "Ayntraxt" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
- “Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb
- Şahin Diniyev: "Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi"
- Almaniya millisinin futbolçusunun fırıldağı üzə çıxdı - FOTO
- Meza Kolli: “Əminəm ki, Mutu "Neftçi"ni yüksəklərə qaldıracaq” - MÜSAHİBƏ
- "Neftçi" "Spartak"la qarşılaşacaq
0
0