Azərbaycanlı mütəxəssis UEFA-dan təyinat alıb
29.07.2024 - 09:54
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Albaniyada yerli "Partizani" və Gürcüstanın "İberia" komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- İdmançılarımız beynəlxalq turniri 5 medalla başa vurublar
- “Neftçi”nin baş məşqçisi: “Daha yaxşı oyun sərgiləyəcəyik”
- "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
- Patrik Andradenin menecerinin Bakıya gələcəyi tarixi açıqladı – baş məşqçi
- Tərlan Əhmədov: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”
0
0