"Barselona" "Mançester Yunayted"in hücumçusunu almaq istəyir
12.03.2024 - 10:56

"Barselona" "Mançester Yunayted"lə danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, klubların idman direktorları arasında görüş baş tutub.
Kataloniya təmsilçisi daha əvvəl "qırmızı şeytanlar"ın hücumçusu, hazırda İspaniyanın "Xetafe"sində icarədə olan Meyson Qrinvudun mümkün transferini müzakirə edib. Futbolçunun mankunianlarla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Qeyd edək ki, bu mövsüm Meyson 26 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Qurban Qurbanov: "Məğlub ola bilərik, amma..."
- Rəşad Sadıqov: “Bir yerdə uduzub, bir yerdə qazanmışıq”
- Vüqar Nadirov: “Heç bir rəqibə yuxarıdan aşağı baxmamalısan” - Müsahibə
- Krunoslav Renduliç: “İtirdiyimiz xallardan kino çəkmək olar
- Amil Yunanov: "Komandanı çətin vəziyyətdən çıxarmağa çalışacağıq"
0
0