“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo bu ayın əvvəlində, İspaniya millisinin məşqi zamanı baldır əzələsində narahatlıq hiss edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Yarımmüdafiəçi bu gün Kataloniya klubunun düşərgəsində tibbi müayinədən keçib. Ona sol ayağının alt nahiyəsindən zədə diaqnozu qoyulub.
Bununla da, Olmo təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. O, La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la matçlarda oynamayacaq.
Amma Olmonun hələ də oktyabrın 26-da “Real”la oyunda iştirak etmək şansı var.
- Dünya və ya Avropa çempionatı Azərbaycanda keçirilə bilər
- “Arsenal” azarkeşləri “Bavariya”lı izləyicini döyüb
- Yeqor Xvalko: “7 turda istəmədən rəqiblərə nə qədər belə hədiyyələr etmişik” - MÜSAHİBƏ
- Avarçəkmə üzrə "Prezident Kuboku" 3-cü dəfə AKA-nın təqvim planında
- "Göztəpə" ulduzunu buraxmadı: Romulo ilə 3 illik müqavilə