UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunöncəsi mətbuat konfransının və açıq məşqin vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev iyulun 30-da, yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə saat 19:30) jurnalistlərin suallarını cavablandıracaq. Saat 19:00-da isə ilk 15 dəqiqəsi KİV üçün açıq məşq start götürəcək. Mətbuat konfransı və açıq məşq Kleanthis Vikelidis stadionunda baş tutacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” iyulun 29-da Bakı-Afina-Saloniki reysi ilə Yunanıstana yollanacaq. Bu komandalar arasında cavab oyunu isə iyulun 31-də, saat 22:15-də, Kleanthis Vikelidis stadionunda keçiriləcək. Bakıda baş tutmuş matçda komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
- Vüsal İsgəndərli: "Albaniyanı da, Qazaxıstanı da məğlub edə bilərik" - Müsahibə
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- Azərbaycanlı mütəxəssis Albaniya Super Liqasında çalışacaq
- "Fənərbaxça"dan De Bruyneyə fantastik təklif
- 2-ci het-trik, 40-cı qol